"Barselona" klubunun gənc futbolçusu Lamin Yamal yenə "El-Klasiko" öncəsi atmacalı açıqlamaları ilə diqqətləri özünə çəkib.
Olimpnews.az xəbər verir ki, o, ötən gecə bir proqramda ""Real" oğurlayır, sonra şikayətlənir" - onların işi budur” fikirlərini səsləndirib. Bu isə həm "Real" rəhbərliyinin, həm də klubun oyunçularının xoşuna gəlməyib. Madridli futbolçular 18 yaşlı oyunçunun açıqlamalarını və davranışlarını qeyri-peşəkarlıq və hörmətsizlik kimi qəbul ediblər. Hətta komandanın kapitanı Dani Karvahal "El-Klasiko"dan sonra Lamin Yamal ilə danışmaq niyyətində olduğunu bildirib.
Qeyd edək ki, "Real" - "Barselona" oyunu oktyabrın 26-da saat 19:15-də Santyaqo Bernabeu stadionunda keçiriləcək. Bu La Liqada yeni mövsümün ilk "El-Klasiko"su olacaq.
Yamal yenə "El-Klasiko" öncəsi "Real"ə atmaca atdı, aləm qarışdı


