Dünya çempionları rinqə qayıdırlar

Dünya çempionları rinqə qayıdırlar

Filippinli dünya çempionu Menni Pakyao Floyd Meyvezer ilə revanş döyüşü keçirməyi planlaşdırır.
Olinpnews.az "The Ring" jurnalının nüfuzlu amerikalı mütəxəssisi Mayk Kopincerin sözlərinə istinadən xəbər verir ki, tərəflər hazırda danışıqlar aparırlar. Döyüşün "Netflix"də yayımlanması ehtimalı da nəzərdən keçirilir.
Məlumat üçün bildirək ki, Floyd və Menni arasında ilk döyüş 2 may 2015-ci ildə Nevada ştatının Las-Veqas şəhərində keçirilib. On iki raund davam edən döyüşdə Meyvezer yekdil qərarla qələbə qazanıb.