Müqaviləsi bitən kimi Dortmundu tərk edəcək

Müqaviləsi bitən kimi Dortmundu tərk edəcək

Dortmund "Borussiya"sının mərkəz müdafiəçisi Niklas Sülenin müqaviləsinin müddəti bitdikdən sonra klubdan ayrılmaq ehtimalı var. Jurnalist Əkrəm Konurun sözlərinə görə, komandada  30 yaşlı müdafiəçinin müqaviləsini yeniləməsi ehtimalı azdır, çünki o, qeyri-sabit oynayır. Artıq bir neçə Bundesliqa və A Seriyası klubu Süle ilə maraqlanır. Qeyd edək ki,  Süle 2022-ci ildən bəri "Borussiya"da çıxış edir. Bu mövsüm o, üç oyunda qol vura bilməyib. Onun klubla müqaviləsi gələn yay başa çatır.