Firdovsi Umudov: "Zəfər günündə ilk medalı qazanmağımız hər birimizi ürəkdən sevindirir"

Firdovsi Umudov: "Zəfər günündə ilk medalı qazanmağımız hər birimizi ürəkdən sevindirir"

"VI İslam Həmrəyliyi Oyunlarının ilk medalı Nuray Əbilovadan gəldi. Bu bizim üçün sevindirici məqamdır". 
Bu sözləri Olimpnews.az-a müsahibəsində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Nuray Əbilovanın uğurlu çıxışı barədə danışarkən deyib. 
O, Zəfər günündə əldə edilən medalın əhəmiyyətini yüksək qiymətləndirib. 
"Nurayın 15 yaşı var. Onu gələcəyi qarşıdadır. Belə bir böyük yarışda uğur qazanmaq gözəl nəticədir. Zəfər günündə ilk medalı qazanmağımız hər birimizi ürəkdən sevindirir. Başda Müzaffər Ali Baş Komandan cənab İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını həm Zəfər günü, həm də VI İslam Həmrəyliyi Oyunlarında ilk medalımız münasibəti ilə təbrik edirəm. Ümid edirəm ki, qarşıdakı günlərdə komandamızın medallarının davamı gələcək. Ağırlıqqaldırma yarışlarında digər 8 çəki dərəcəsində çıxış edəcək idmançılarımızdan da medallar gözləyirik", - deyə Firdovsi Umudov bildirib.  
Qeyd edək ki, bu gün ağırlıqqaldıranımız Nuray Əbilova (48 kq) VI İslam Həmrəyliyi oyunlarında 3 bürünc medal qazanıb.

Firdovsi Umudov: "Zəfər günündə ilk medalı qazanmağımız hər birimizi ürəkdən sevindirir"