Dünən Nyu-Yorkda kim nə qədər qazandı?

Dünən Nyu-Yorkda kim nə qədər qazandı?

Dünən Nyu-Yorkda keçirilən UFC 322-də yarışına yekun vurulub.

UFC (Ultimate Fighting Championship) mətbuat xidməti iştirakçıların aldığı mükafatlar barədə məlumat yayıb. Belə ki, Bo Nikal, Benoit Denis, Karlos Prates və Maykl Morales hərəyə 50 min dollar bonusa layiq görülüblər. Qeyd edək ki, Nikal amerikalı Rodolfo Vieyra ilə döyüşü üçüncü raundda nokautla tamamlayıb. Denisin rəqibi amerikalı Beneil Dariuş yalnız birinci raundun 16-cı saniyəsinə qədər tab gətirə bildi. Karlos Prates isə ikinci raundda britaniyalı idmançı Leon Edvardsı nokaut edib.