İki divizionda keçmiş UFC çempionu Konor Makqreqorun məşqçisi Con Kavanaq yetirməsinin gələn il qəfəsə qayıtmaq niyyətində olduğunu diqqətə çatdırıb. "Biz yeni mübarizəyə tam hazırıq. Konor məndən iyun ayına qədər məşqlərimiz üçün bir proqram hazırlamağımı istədi. O, demək olar ki, hər səhər idman zalında olur. O bu işindən zövq alır ", - Kavanaq Ariel Helvaninin podkastında vurğulayıb.
Makqreqor qəfəsə qayıdır


