Bu gün Azərbaycan Basketbol Liqasında IX turun oyunlarına start veriləcək.
Olimpnews.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq. Oyunlardan biri paytaxtda, digəri isə bölgədə baş tutacaq. Günün ilk oyununda "Lənkəran" komandası "Quba"nı qonaq edəcək. Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək oyun saat saat 15:00-da başlayacaq.
Günün ikinci qarşılaşması isə Bakıda "Sərhədçi" İdman Mərkəzində baş tutacaq. "Naxçıvan" komandası "Sərhədçi" ilə üz-üzə gələcək. Oyunun start fiti saat 20:00-da səslənəcək.
Qeyd edək ki, IX turun oyunlarına dekabrın 14-də yekun vurulacaq.


