Basketbol üzrə Lənkəran - Astara regionunun açıq turniri keçirilib 

Basketbol üzrə Lənkəran - Astara regionunun açıq turniri keçirilib 

Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində  “21 Dekabr – Dünya Basketbol Günü” ilə əlaqədar  basketbol idman növü üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib.
Olimpnews.az xəbər verir ki, 2 gün davam edən turnirdə 2011-2012 və 2013-2015 təvəllüdlü idmançılar arasında Cəlilabad, Lənkəran və Bakı şəhəri olmaqla ümumilikdə 12 komanda qələbə uğrunda öz güclərini  sınayıblar. Yarışın nəticələrinə əsasən, 2011-2012 yaş qrupunda oğlanlar arasında bütün rəqiblərdən  üstün olan Sabi-san (Bakı) birinci yerə çıxıb. İkinci, üçüncü yerləri isə ardıcıl olaraq Cəlilabad (UGİM) və Lənkəran (UGİŞM) komandaları qazanıblar. Qızlara gəldikdə Cəlilabad (UGİM) komandası yarışın birincisi olub. Sabi-san (Bakı) ikinci, Lənkəran (UGİŞM) üçüncü yerləri bölüşüblər.