Azərbaycan cüdoçuları Linz Qran-Prisində mübarizə aparacaq

Azərbaycan cüdoçuları Linz Qran-Prisində mübarizə aparacaq

Martın 6-8-də Beynəlxalq Cüdo Federasiyasının rəsmi təqviminə əsasən Avstriyanın Linz şəhərində cüdo üzrə Qran-Pri turniri keçiriləcək. Dünya Cüdo Turuna daxil olan nüfuzlu yarışda Azərbaycan kişilərdən ibarət milli komandası da iştirak edəcək.
Azərbaycan yığması turnirdə böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiçin rəhbərliyi altında 4 çəki dərəcəsində 7 cüdoçu ilə təmsil olunacaq. Yarışda ümumilikdə 62 ölkədən 509 idmançının tatamiyə çıxacağı gözlənilir.
Milli komandamızın heyətində -60 kq çəki dərəcəsində Murad Muradlı, -66 kq-da Ruslan Paşayev və İslam Rəhimov, -81 kq-da Ömər Rəcəbli və Vüsal Qələndərzadə, +100 kq-da isə Camal Qamzatxanov və Uşanqi Kokauri mübarizə aparacaq.