Tokio-2020 Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
Olimpiya oyunları
08.08.2021, 17:34
Bu gün Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Mərasimi Yaponiyanın Tokio şəhərindəki Milli Olimpiya Stadionunda təşkil olunub. Əvvəlcə meydana Yaponiyanın dövlət bayrağı gətirilib. Yaponiyanın dövlət himninin müşayiəti ilə dövlət bayrağı qaldırılıb. Daha sonra iştirakçı ölkələrin bayraqdarları qarışıq şəkildə arenaya daxil olublar. Açılış mərasimindən fərqli olaraq, bu dəfə Azərbaycan bir bayraqdarla təmsil olunub. Dövlət bayrağını Tokio-2020-nin sərbəst güləş yarışlarının gümüş medalçısı Hacı Əliyev daşıyıb. Ardınca isə idmançılar eyni qaydada meydanın mərkəzinə toplaşıblar. Paraddan sonra lazer işıqları ilə stadionun üzərində Olimpiya halqaları əks olunub. Daha sonra Yaponiyanın sosial həyatını özündə ehtiva edən kompazisiya göstərilib.
Sonra marafon yarışının qalibləri mükafatlandırılıblar. Əvvəlcə qadınlar arasında marafon yarışının qalibi keniyalı Peres Jepcircir, ikinci yeri tutan onun həmyerlisi Brigio Kosqey və üçüncü yerin sahibi ABŞ idmançısı Molli Seydelə mükafatları Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax və Beynəlxalq Atletika Federasiyasının prezidenti Sebastian Koe təqdim ediblər.
Sonra kişilər arasında marafon yarışının qaliblərinə mükafatlar təqdim olunub. Qızıl medala Keniya idmançısı Eliud Kipçoqe sahib olub. İkinci yeri niderlandlı Abdi Naqiay, üçüncü yeri isə Belçika idmançısı Bəşir Abdi tutub. Medalları mükafatçılara BOK-un vitse-prezidenti Anita DeFrantz və Beynəlxalq Atletika Federasiyasının prezidenti Sebastian Koe təqdim ediblər.
BOK-un Atletlər Komissiyasının yeni seçilmiş üzvlərinin təqdimatından sonra böyük yarışların ayrılmaz hissəsi olan könüllülərin bir qismi səhnəyə dəvət olunub və mükafatlandırılıblar.
Yaponiyanın ayrı-ayrı prefekturalarının nümayəndələri tərəfindən ifa edilən milli rəqslərin əks olunduğu videoçarx maraqla qarşılanıb. Yakuta və kimono geymiş iştirakçıların meydanda canlı ifa etdiyi “Bon Odori” milli rəqsinə Olimpiya Oyunlarının mükafatçıları da qoşulublar.
Tokionun qubernatoru Koike Yuriko və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın iştirakı ilə BOK-un bayrağı endirilib.
Xanım Koike Yuriko Olimpiya bayrağını BOK-un prezidenti Tomas Baxa, o isə 2024-cü ildə növbəti Olimpiadaya ev sahibliyi edəcək Paris şəhərinin meri Ann İdalqoya təqdim edib. Fransanın dövlət himni səsləndirilib. Fransa ilə qurulan birbaşa bağlantıda Paris sakinlərinin, idmançıların Olimpiada estafetini qarşılamağa hazır olduğu əksini tapıb.
Mərasimdə çıxış edən Tokio-2020-nin Təşkilat Komitəsinin sədri xanım Seyko Haşimoto və BOK-un prezidenti Tomas Bax olimpiadanın yüksək dostluq şəraitində keçdiyini, koronavirus pandemiyasına baxmayaraq, Tokionun yeni tarix yazdığını və yarışın uğurlu təşkil olunduğunu diqqətə çatdırıblar.
BOK prezidenti Tomas Bax Tokio-2020 Olimpiya Oyunlarını bağlı elan edib.
Qeyd edək ki, Tokio-2020-də 44 idmançı ilə təmsil olunan Azərbaycan komandası dördilliyin zirvə yarışını 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb.
Karateçilərimizdən Rafael Ağayev (kumite, 75 kq) və İrina Zaretska (kumite, +61 kq) təkcə finalda uduzaraq gümüş medallara sahib olublar. Digər gümüş medalın sahibi sərbəst güləşçi Hacı Əliyevdir.
Yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) Olimpiadanı bürünc medallarla başa vurublar. Ölkəmizin aktivinə digər bürünc medalları cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Domingez (81 kq) yazdırıblar.
Komandamız bu nəticə ilə medal sıralamasında 67-ci yeri tutub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ölkə üzrə yeni rekord
Bugün, 10:24 Su idman növləri
-
“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb
Bugün, 09:44 Velosiped
-
Misli Premyer Liqası: Növbəti turun oyun cədvəli müəyyənləşdi
11.05.2026, 23:42 Futbol
-
"Barselona" Fliklə razılığa gəldi
11.05.2026, 23:37 Futbol
-
FIFA Dünya Kuboku üçün xüsusi analiz qrupu yaratdı
11.05.2026, 23:25 Futbol
-
"Barselona"dan çempionluq paradı - FOTO
11.05.2026, 23:09 Fotoqalereya
-
Pəhləvanlarımız Avropa çempionatının finalında
11.05.2026, 22:54 Güləş
-
Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı
11.05.2026, 22:15 Taekvondo
-
Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar
11.05.2026, 21:57 Güllə atıcılığı
-
“Herta”nın gənc istedadı Dortmund yolunda
11.05.2026, 21:36 Futbol
-
Aivaz Omorkanov Qırğızıstan Milli Olimpiya Komitəsinin yeni prezidenti seçilib
11.05.2026, 20:35 Olimpiya dünyası
-
Beynəlxalq peşəkar MMA turnirində uğurlu nəticə
11.05.2026, 20:00 Olimpiya dünyası
-
Yelkənçilərimiz Türkiyədə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər
11.05.2026, 16:54 Su idman növləri
-
U-16 millimiz UEFA İnkişaf Turnirindəki sonuncu oyununda da məğlub oldu
11.05.2026, 15:58 Futbol
-
Azərbaycan atıcılarından Avropa çempionatında möhtəşəm uğur
11.05.2026, 15:48 Güllə atıcılığı
-
Şahmatçımız Buxarestdə ikinci oldu
11.05.2026, 15:34 Şahmat
-
Cüdo hakimlərimiz beynəlxalq turnirdə iştirak ediblər
11.05.2026, 15:26 Cüdo
-
Azərbaycan Kubokunda son 10 mövsümün rekordu
11.05.2026, 14:03 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb
11.05.2026, 13:52 Velosiped
-
"Neftçi" və Türkiyə klubu arasında əməkdaşlıq imkanlarını müzakirə edilib
11.05.2026, 13:27 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib
11.05.2026, 13:21 Velosiped
-
Beynəlxalq arenada növbəti uğur
11.05.2026, 10:03 Cüdo
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
11.05.2026, 08:05 Velosiped
-
"Barselona" "Real"a qalib gələrək çempionluğunu rəsmiləşdirdi
11.05.2026, 01:16 Futbol
-
Avropa çempionatında iştirak edəcək parataekvondoçularımız müəyyənləşdi
10.05.2026, 22:45 Taekvondo
-
Qoru sınağında 9 medal
10.05.2026, 22:36 Cüdo
-
"Neftçi" üç xalı üç qolla qazandı
10.05.2026, 22:33 Futbol
-
Çimərlik güləşçilərimizdən bir dəst medal
10.05.2026, 21:18 Güləş
-
Paraüzgüçümüzdən gümüş medal
10.05.2026, 20:43 Su idman növləri
-
"Turan Tovuz" avrokuboklara vəsiqəni təmin etdi
10.05.2026, 19:17 Futbol
-
Cüdoçumuzdan bir həftə ərzində iki medal
10.05.2026, 19:00 Cüdo
-
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
10.05.2026, 15:45 Velosiped
-
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
10.05.2026, 14:55 Futbol
-
“El-Klasiko" öncəsi statistik mənzərə: "Barselona" və "Real Madrid" arasında tarixi rəqabət
10.05.2026, 13:19 Futbol