Olimpiya Oyunlarınin tarixi

Olimpiya Oyunlarınin tarixi

Olimpiya oyunlarının keçdiyi çoxəsrlik şanlı tarixi yol hələ heç bir sivilizasiya və dövlətə nəsib olmayıb. Qərbi Roma (844 il) və Rusiya İmperiyasının yaşı (196) ilə müqayisədə qədim Olimpiadaların yaşı (b.e.ə. 776-dan b.e. 393-ə qədər) 1170 ilə bərabərdir.
Bizim eranın 393-cü ilində keçirilmiş 293-cü Olimpiya oyunları çoxəsrlik oyunların sonuncusu olmuşdur. I Feodosii 394-cü ildə bu oyunların keçirilməsinə qəti qadağa qoymuşdur. O, qədim tarixə malik möhtəşəm idman bayramını ləğv etməsi və İsgəndəriyyə kitabxanasını yandırması kimi pis əməlləri ilə adını bəşəriyyət tarixinə yazmışdır. 30 il sonra II Feodosii Olimpiya məbədlərini yerlə yeksan etmişdir. 551 və 552-ci illərin zəlzələlərindən sonra Olimpiyanın xarabalıqları torpağın altında qalmışdır.

Sirrlərin açılması və Olimpiya dünyasının pozulan sakitliyi

Qədim yunanlara məxsus yer üzündən silinən olimpiya sivilizasiyasının axtarışları romanlar və ekran əsərləri üçün gözəl mövzudur. Burada rolları Olimpiyanın sirrlərini birinci açan kolorit fiqurlar: antiksevənlər, avantürist xəzinə axtaranlar, ümumdünya şöhrətli alimlər və arxeologiya sahəsində çalışan sadə, adi zəhmətkeşlər oynayırlar. Qədim Olimpiyanın sirləri uzun müddət torpağın dərin qatlarına qarışaraq itib-batmışdı. Amma yox! Onun haqqında hətta harada yerləşdiyini dəqiq bilməsələr belə, orta əsrlər və Renessans dövründə xatırlamağa başladılar. Ona qədər müqəddəs Zevs məbədinin və ellin oyunlarının keçirildiyi yerin Olimpin ayaqları altında olduğu ehtimal olunurdu.
Bəs kimlər və nə vaxt Olimpiyanın yer üzündən silinib-getmiş dünyasının sakitliyini pozdu?
1723-cü il iyun 4-də Pavsaninin «Elladanın təsviri» əsəri ilə tanış olan və dünyanın antik möcüzələri haqda məqalələrin müəllifi monax-benedikt Bernar Montfakon bu adanın yepiskopu Korfa müraciətində Olimpiya torpağında qiymətli xəzinələr -heykəllər, relyeflər, plitalar və abidələr olduğu haqda xəbər verirdi. Çox güman ki, fransız monaxının əlinə Quikay vadisi və onun xəzinələri barədə faktları təsdiq edən 1516-cı ilin Venetsiya xəritəsi düşmüşdü. Monax arxiyepiskopdan Pelopennesin sirri ilə maraqlanmağı təklif etsə də, digəri bütpərəstlərin müqəddəs abidələrinə toxunmaqdan ehtiyat etdiyindən bununla razılaşmamışdı.
1764-cü ildə alman İohann İoaxim Vinkelmanın Veymar mətbəəsində çap olunmuş «Antik dövrün incəsənət tarixi» adlı kitabı tezliklə bütün alman dövlətində və onun knyazlıqlarında əks-səda doğurdu. Kitabda Olimpiyada qədim stadionla bahəm digər tapıntıların olması ehtimalı da qeyd olunurdu.
Vinkelmanın kitabı az uğur qazanmadı. Lakin kitab qazıntı işləri üçün gözlənilən maliyyə nəticəsini vermədi. Buna baxmayaraq o Olimpiya şəhərində qazıntı aparılması planını işləyib hazırladı və bu planın həyata keçməsi üçün maliyyə xərclərini qızıl pulla hesablayaraq Türkiyə hakim dairələrindən icazə almağa müvəffəq oldu. Lakin 1768-ci ildə Triest mehmanxanalarının birində soyğunçular onu qətlə yetirdiklərindən Vinkelman Alfey çayının sahilində qazıntı işləri aparmaq planını reallaşdıra bilmədi. 1766-cı ildə Oksfordlu arxeoloq Riçard Çapdler Pelopennesə səyahət edərkən Kladey çayının sol sahilində yerli əhalinin tikinti materialı kimi istifadə etdiyi nəhəng məbədin divarlarından qalmış hissələri, doriyalıların saldığı koloniyaların qalıqlarını müəyyən edir.
1787-ci ildə Fransanın Afinadakı konsulu Fovel Olimpiyaya ekskursiya edərkən, Zevsin məbədinin yerləşdiyi yeri aşkar edir. 1821-1824-cü illərdə isə yunanların Türkiyəyə qarşı apardıqları azadlıq və müstəqillik uğrunda mübarizə Avropaya əfsanələr vətəni sirril-sehrli Ellada, demokratiya, Homerin gözəl əsərləri və Olimpiya oyunları haqda danışmağa imkan verdi.
1829-cu il mayın 9-da nəhayət ki, ilk elmi qazıntı işləri aparmaq şərəfi alim və yerqazanlardan daha çox 1827-ci il Navarın dəniz döyüşündən sonra Yunanıstanda azadlıq missiyasını yerinə yetirən general Maysonun əsgərlərinə nəsib oldu. Lakin qazıntı işlərinə general yox, fransız alimləri Dyubua və Blue rəhbərlik edirdilər.
Fransız ekspediyası Zevsin məbədində ilk qazıntı işlərini aparmağa başladı. Onlar məbədin qərb tərəfində Heraklın 12 növ qəhramanlığını əks etdirən löhvələr, şərq fasadında isə Enomay və Pelops arasındakı qoştluq yürüşünü əks etdirən atların relyef təsvirli fraqmentlərini aşkar etdilər. Tapıntılar Alfey çayı vasitəsilə Fransaya göndərilirdi. Yunan vətənpərvərləri buna etiraz edərək hər vasitə ilə soyğunçulara mane olmağa çalışırdılar. Hadisə zamanı hətta bir fransız əsgəri qətlə yetirlidi. Bu səbəbdən Olimpiyada qazıntı işləri dayandırıldı. Lakin fransızlar tərəfindən ödənilən böyük pullar yunan hakimlərini susmağa məcbur etdi və onlar da öz növbəsində ixtişaşlara son qoydular. Tapıntıların Fransaya ötürülməsi prosesi sürətləndi. Tezliklə yunanlar Luvrda soyğunun masştabını qiymətləndirə bildilər. Fransızların soyğunçuluğu haqda xəbər bütün Avropaya yayıldı və arxeoloq, tarixçi və incəsənət işçilərinin hiddətinə səbəb oldu.

Alman aliminin kəşfi

Alimlər Olimpiya və bu şəhərdə keçirilən oyunlar barədə məlumatlar toplamağa başladılar. Alman alimi Ernst Kursiusun vaxtı gəlib çatmışdı. Fəaliyyətə başlamaq üçün əsl məqam idi. 1852-ci ildə ellinist və arxeoloq Kursius Berlin vokal incəsənət məktəbində «Olimpiya» mövzusunda mühazirələr oxuyurdu. Kursius güclü romantik pafosa malik şəxs, güclü natiq idi. Olimpiya şəhərində qazıntı aparmaq ideyasına o, hələ, tələbəlik illərində böyük nazirlərin kabinetindən və varlıların təm-təraqlı saraylarından başlamışdı. Nəhayət, o öz istəyinə nail ola bildi. Onun Olimpiyaya yolu Almaniya və Yunanıstan dövlətləri arasında bağlanmış sazişlə açımış oldu. Müqavilənin şərtlərinə görə, tapıntılar Yunanıstan ərazisində qalırdı, əvəzində isə almanlar qazıntıların surətini çıxarıb Almaniyaya aparırdılar. Onlar buna görə yunanlara yaxşı pul ödəyirdilər.
Kursius Olimpiyada nə axtardığını bilirdi. O Olimpiya şəhərində 2 dəfə-1838 və 1840-cı illərdə olmuşdu.

Qiymətli xəzinələr

1875-ci il oktyabrın 4-də alman arxeoloqları Gettin universitetinin müəllimi Kursiusun rəhbərliyi altındla qazıntı işlərinə başladılar. 1881-ci il martın 20-də Kursiusun ekspedisiyası başa çatmışdı. Nəticələr heyrətləndirici idi. 6 il ərzində aparılan ekspedisiya Altisin mərkəzini qumdan təmizləyərək Gera məbədi də daxil olmaqla Alfey və Kladeyin 5-7 mertliyində antik dövrün qiymətli xəzinələrini aşkar etdi. Peoninin «Hiki» və Praksinin «Hermes» tapıntıları əvəzedilməz sənət inciləri idi. Alman arxeoloqları dünyaya 130 heykəl, 1300 qızıl bəzək əşyası, 6000 sikkə (pul), daş üstündə 400 yazı nümunəsi, 1500 bürünc məmulat aşkar etdilər. Qazıntı işlərinin ararılması və tapıntıların qeydə alınması üçün 4 cild cədvəl, çoxlu sxema və xəritə işlətmək lazım gəlirdi. Tapıntılar Yunanıstana məxsus idi və bu xəzinələr Afina və Olimpiya şəhərlərinin arxeoloji muzeylərinin əsasını qoymuş oldu.

Fransız baronun Yunanıstana səyahəti

1882-ci ilin yayında 19 yaşlı baron Pyer de Kuberten Olimpiyaya ilk səfərini edir. Səyahətdən sonra Kuberten «Olimpiya utopiyası» ideyası ilə çıxış edir. Burada məqsəd antik Olimpiya oyunlarının bərpası idi. 1892-ci ilin fevralında Pyer de Kuberten Sarbonna universitetində Olimpiya oyunlarının bərpası haqda mühazirələrini oxuyur. O antik Olimpiya oyunlarının başa çatmasından 1500 il sonra, 1892-cu il noyabrın 25-də Atletlərin İdman Klublarının beşinci ildönümünə həsr olunmuş idman tədbirində çıxışını aşağıdakı sözlərlə başa vururdu: «Antik Olimpiya oyunlarının müasir tərzdə yenidən təşkil olunmasını istəyirəm».

Paris konqresi

Müasir Olimpiya Hərəkatı səlnaməsinin ilk sətirləri yalnız XIX əsrin axırlarında yazılıb. Olimpiya oyunları öz möhtəşəmliyi, Olimpiya idealları və çaflığı ilə insanların qəlbində dərin iz buraxmışdı. Elə ona görə də Olimpiya oyunlarının bərpası ideyası tez-tez irəli sürülmüş, dünyanın müxtəlif yerlərində belə oyunların təşkilinə cəhd göstərsələr də, Olimpiya oyunlarını əvvəlki möhtəşəmliyi və əzəmətini bərpa etmək mümkün olmamışdı. Yalnız XIX əsrin sonlarında P.Kuberten Olimpiya oyunlarının bərpası ilə ardıcıl məşğul olmuş, 1894-cü ildə o, bu məsələni beynəlxalq konqresin müzakirəsinə çıxarmışdı. Hələ 1889-ci ildə Fransa hökuməti Kubertendən xarici ölkələrdə gənclərin idman və fiziki tərbiyə təcrübəsini öyrənməyi xahiş edib. O, bu işin öhdəsindən layiqincə gəlməyi bacarıb. Universitet, kollec və litseylərdə idmanın tədrisi metodikası mövzusunda bir çox ölkələrə sorğu göndərərərək məktub vasitəsi ilə əlaqə saxlayıb.
1894-cü il iyunun 23-də Parisin Sarbonna Universitetində keçirilən konqresdə Amerika və Avropanın 12 ölkəsindən təşrif buyuran idman nümayəndələrinin iştirakı ilə Olimpiya oyunlarının bərpası, ilk müasir olimpiadanın isə 1896-cı ildə Afinada keçirilməsi haqda qərar qəbul edilmişdir.
Paris konqresindəki çıxışında Pyer de Kuberten deyirdi: «Olimpiya oyunlarında ən başlıcası qələbə deyil, iştirakdır. Bunu yaya və mənimsəyə bilsək daha qüvvətli, daha cəsur və hər şeydən əsas daha əxlaqi və daha comərd bir insanlıq yaratmış olacağıq». O çıxışının sonunu aşağıdakı sözlərlə tamamlayırdı: «Müasir Olimpiya oyunlarının idman nümayişi dünya çempionatı deyildir. Ölkələrarası idman rəqabətinin qardaşlıq və drstluq baxımından irqi, dini və siyasi şərtlərdən uzaq sərbəst keçirilməsi məqsədilə hər dörd ildən bir keçirilən tədbirdir».
Paris konqresində Beynəlxalq Olimpiya Hərəkatının rəsmi rəhbər orqanı olan Beynəlxalq Olimpiya Komitəsi də təsis edildi.
Beynəlxalq Olimpiya Hərəkatında misilsiz xidmətləri olan, muasir Olimpiya oyunlarının banisi Ryer de Kubertenin ürəyi vəfatından sonra sağlığında etdiyi vəsiyyətə görə 1961-ci ildə martın 26-da qədim stadionda, Kronion dağının yamacında torpağa tapşırılmış, elə oradaca Zevsin ağ mərmərdən büstü qoyulmuşdur.


Olimpiya Oyunları

Olimpiya oyunları müxtəlif ölkə və kontinetlərdən olan gənclərin sülh, dostluq və qarşılıqlı anlaşma bayramıdır. Bu müsuqidir, bu mahnı və rəqsdir, bu rəngbərəng və gözəl çələngi xatırladan insan kütləsidir. Olimpiya oyunları dedikdə, idman nailiyyətlərinin son həddi kimi qaçış xəttində, yaşıl stadionlarda, idman zallarında, üzgüçülük hovuzlarında gərgin idman mübarizəsi tam dramatikliyi ilə gözlərimiz qarşısında canlanır. Olimpiya oyunları yalnız böyük idman bayramı deyil, eyni zamanda dostluğun, qardaşlığın, sağlam rəqabət mədəniyyətinin, saf hisslərin ümümdünya səviyyəsində təcəssümü və təbliğidir.
Olimpiya oyunları elə bir sahədir ki, orada insanın imkan və kamilliyinin sonsuzluğu sübut olunur. Müasir Olimpiya Oyunlarını başqa yarışlardan fərqləndirən ən ümdə cəhət onun idman, ictimai-siyasi, iqtisadi və mədəni fenomenləri özündə birləşdirmək keyfiyyətidir.
Oyunlar hər hansı bir ölkədə keçirilməsindən asılı olaraq həmin ölkənin özünəməxsusluğu və koloriti prinsipinə əsaslanır.
Yunanlar yaxşı başa düşürdülər ki, oyunlar onlara nəinki, yaxşı döyüşməyi, həm də dostluq etməyi- müntəzəm görüşmək, söhbət etmək, mədəni ünsiyyət-bacarığını aşılayır.
Bütün bunlar Olimpiya oyunlarının "düşmən obrazı” məfhumunun sıradan çıxarması üçün zəmin hazırlayırdı. Yunanlar idmanı bir də ona görə sevirdilər ki, o insanı mənən ucaldır, xeyirxah edir. Deməli, idman əqli, estetik və mənəvi tərbiyə ilə sıx əlaqədə olan bir vasitədir.
Qədim insanlar müasirləri kimi vuruşmağı çox sevirdilər. Vuruşmaq üçün bəhanələr: ya fəlsəfi zəmində baş verən münaqişələr, yaxud da gözəl qadınlar olardı. Sadə insanlar, sıravi döyüşçülər isə sadəcə olaraq, pankration, güləş, yumruq döyüşü ustası olmaq üçün vuruşurdular. Onlar həm də əla nizə oynatmaq, bəd ayaqda qaçmaq bacarığına malik olmalı idilər.
Müasir insanlar da döyüşməyi çox sevirlər. Lakin idman meydançalarında, yarış zallarında, Olimpiya stadionlarında çıxış edən idmançıların yalnız bir məqsədi var: vətəndaşı olduğu Vətənin adını uca tutmaq, təmsil etdiyi dövlətin bayrağını qaldırmaq və dövlət himnini səsləndirmək. Bundan gözəl və şərəfli isə heç nə yoxdur.

Olimpiya xartiyası

XIX əsrin ikinci yarısında ilk beynəlxalq federasiyaların (1881-ci ildə gimnastların, 1892-ci ildə avarçəkənlərin və konkisürənlərin) yaradılması, dünya çempionatlarının və beynəlxalq görüşlərin keçirilməsi nəticəsində idman xalqları bir-birinə yaxınlaşdıran beynəlxalq ünsiyyətin ən vacib vasitəsinə çevrildi.
1894-cü ildə keçirilən təsis konqresində baron Pyer de Kubertenin bu təşəbbüsü 12 ölkənin idman nümayəndəsi tərəfindən dəstəklənmişdi. Beynədxalq Olimpiya Hərəkatının rəhbər orqanı olan Beynəlxalq Olimpiya Komitəsi (BOK) və onun nizamnaməsi və qaydaları əks olunmuş Oimpiya xartiyası qəbul edildi.
Olimpiya xartiyası BOK-un nizamnamə sənədidir. Onun birinci bölməsində hələ 1913-cü ildə ideyası P.Kuberten tərəfindən verilmiş və 1894-cü ildə MOK tərəfindən qəbul edilmiş BOK-un bayrağının təsviri verilmişdir.

Olimpiya bayrağı

Olimpiya bayrağı ağ kətan üzərində beş - ağ, sarı, yaşıl, qara, qırmızı və bir-birinə keçirilmiş həlqələrin təsvirindən ibarətdir. Müasir Olimpiya Hərəkatının banisi P.Kubertenin həlqələrin sayını qitələrin sayına uyğun olaraq təklif verməsi barədə faktlar məlum deyil. Lakin hesab edirlər ki, beş həlqə - beş (Avropa, Asiya, Avstraliya, Afrika və Amerikaya) qitəni simvolizə edir. İstənilən dövlətin bayrağında Olimpiya həlqəsində təsvir olunan beş rəngdən birinə mütləq rast gəlmək olar. Olimpiya həlqəsində təsvir olunan göy rəng Avropanı, qara Afrikanı, qırmızı Amerikanı, sarı Asiyanı, yaşıl Avstraliyanı göstərir.
Olimpiya oyunlarının rəsmi bayrağını ilk dəfə 1916-ci ildə qaldırmaq nəzərdə tutulmuşdu. Lakin I Dünya müharibəsinə görə bu mərasim baş tutmadı. Olimpiya bayrağı ilk dəfə 1920-ci ildə VII Olimpiya Oyunlarında qaldırılıb. Olimpiya bayrağından oyunların açılış və bağlanış mərasimlərində istifadə olunur. Bağlanış mərasimində başa çatmaqda olan olimpiadanın ev sahibi, yəni Olimpiya oyunlarını təşkil edən şəhərin meri bayrağı gələcək Olimpiya oyunlarının paytaxı olacaq şəhərin merinə təhvil verir. Dörd il ərzində həmin bayraq növbəti olimpiadaya qədər həmin şəhər merinin otağında saxlanılır.
1920-ci ildən başlayaraq Olimpiya emblemi ilə barəbər Olimpiya devizindən istifadə olunmağa başlanıb.

Olimpiya devizi
Olimpiya oyunlarının devizi latınca «Citius, altius, fortius», ingiliscə «Faster, higher, stronger», rusca «Bıstree, vışe, silğnee», azəbaycanca "Ən çevik, ən güclü”, ən yaxşı» deməkdir. Bü üç sözdən ibarət ifadəni fransalı keşiş Anri Didon öz kollecində təşkil etdiyi idman yarışlarının asılışında söyləmişdi. Fransış keşişinin dilindən çıxan bu sözlər Kubertenin xoşuna gəlib və o bu sözləri bütün dünya atletlərinin məqsədini ifadə edə biləcəyini düşünüb.


Olimpiya prinsipi

1896-cı ildən qüvvəyə minən Olimpiya oyunlarının prinsipi belədir: «Olimpiya oyunlarında əsas qələbə deyil, iştirakdır».

Olimpiya andı

Olimpiya andının mətni belədir: «Bütün yarış iştirakçıları adından söz verirəm ki, bu Olimpiya oyunlarında idmanın şöhrəti və komandamızın şərəfi naminə əsl idman ruhunda keçirilən qaydalara hörmət və riayət etməklə yarışacayıq». Məşqçilər və komandanın rəsmi şəxsləri bu andı içirlər. İdmançıların Olimpiya andı ilk dəfə 1920-ci ildə VII Olimpiya Oyunlarında, arbitrlərin isə 1968-ci ildə XIX Olimpiya Oyunlarında səsləndirilib. 2000-ci ildə Sidney Olimpiya Oyunlarında Olimpiya andının mətninə yarışlarda dopinqdən istifadə etməmək barədə əlavələr edilib.

Olimpiya odu

Müqəddəs odun alovlandırıoması ritualı qədim yunanlara məxsusdur və bu ənənə 1912-ci ildə Kuberten tərəfindən yenidən bərpa edilib. Antik dövrdə məşəli düzgüyə düşən günəş şualarının vasitəsilə alovlandırırdılar. Olimpiya odu şəffaflığı, kamilliyi və qələbə uğrunda mübarizəni simvolizə edir. Olimpiya stadionunda məşəlin yandırılması hadisəsi yay Olimpiya oyunlarında 1928-ci ildən, qış Olimpiya oyunlarında isə 1952-ci ildən həyata keçirilir.

Olimpiya talismanı

Olimpiya oyunlarında 1970-ci ildən başlayaraq reklam və kommersiya məqsədləri üçün şəhər-təşkilatçı tərəfindən yekdilliklə qəbul edilən Olimpiya talismanından istifadə olunur.
Olimpiya xartiyasına müvafiq olaraq Olimpiya oyunlarını keçirmək şərəfi ölkəyə deyil, yalnız şəhərə məxsusdur. Olimpiya oyunlarının paytaxtını seçmək hüququ Beynəxalq Olimpiya Komitəsinin hüququna aiddir və paytaxt-şəhərin seçilməsi prosesi növbəti olimpiadadan 6 il əvvəl başa çatmalıdır. Beynəxalq Olimpiya Klmitəsinin Nizamnaməsində deyilir ki, Olimpiya oyunlarını keçirməmək mümkündür, amma onun sıra nömrəsini, vaxtını və yerini dəyişmək olmaz.
1896-cı ildən 2009-cu ilə qədər 113 il ərzində 26 Olimpiada keçirilib və üç dəfə (1916, 1940, 1944) I və II Dünya müharibələrinə görə baş tutmayıb.


Məşəl estafeti

Olimpiya məşəlinin növbəti Olimpiya oyunlarının paytaxtına çatdırılması ritualı məşəl estafeti adlanır. Məşəl estafeti ilk dəfə 1936-cı ildə XI Berlin Olimpiya Oyunlarında həyata keçirilib. Olimpiya məşəli Olimpiya oyunlarının açılış mərasimində əsas stadiona gətirilir və buradakı xüsusi stadiondja fincanda alovlandırılır. Olimpiya məşəli oyunların bağlanış mərasiminə qədər stadionda yanmaqa davam edir.




Səadət Hakıyeva