Komandamıza 3-cü medalı boksçumuz qazandırdı - FOTOLAR

Komandamıza 3-cü medalı boksçumuz qazandırdı - FOTOLAR

Olimpiya Oyunlarında Azərbaycan idmançıları qələbə uğrunda böyük əzmlə mübarizə aparırlar.

"Olimpiya dünyası" qəzetinin Rio-ya ezam olunmuş əməkdaşının məlumatına görə, bu gün Rio-da iki boksçumuz gücünü sınayıb. 52 kq çəki dərəcəsində çıxış edən boksçumuz Elvin Məmişzadə 1/8 finalda qazaxıstanlı Oljas Satibayev ilə qarşılaşıb. Hər 3 raundda rəqibindən üstün olan boksçumuz 1/4 finala vəsiqə əldə edib.

Məlumat üçün bildirək ki, Elvin həmin mərhələdəki görüşünü avqustun 17-də keçirəcək.

Günün son boks görüşündə isə Kamran Şahsuvarlı medal uğrunda mübarizə aparıb. 75 kq çəki dəcərəsində çıxış edən boksçumuz üçüncü görüşündə qazaxıstanlı Janıbek Alimxanuli ilə üz-üzə gəlib. Həmin qarşılaşmada təmsilçimiz qələbə qazanaraq, yarımfinal mərhələsinə yüksəlib.

Bununla yanaşı o, Rio-2016 Yay Olimpiya Oyunlarının, ən azı, bürünc medalını özü üçün təmin edib.

Xatırladaq ki, bu mərhələyə qədər Kamran Şahsuvarlı çinli Zao Minqqanqı, rusiyalı Artyom Çebotaryovu mübarizədən kənarlaşdırıb.















Murad Fərzəliyev,
Fotolar müəllifindir
Rio-de Janeyro

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir