Rio-2016: kayakçımız finalda

Rio-2016: kayakçımız finalda

Azərbaycanı Yay Olimpiya Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya yarımfinal yürüşündə çıxış edib.

Olimpnews.az saytının məlumatına görə, 34 yaşlı idmançı qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafədə mübarizə aparıb.

O, seçmə yürüşdə olduğu kimi, yarımfinalda da finişə hamıdan öndə çatıb. Bu dəfə Osipenko-Radomskaya 39,803 saniyə nəticə göstərib.

Bununla da Azərbaycan kayakçısı finala vəsiqə qazanıb. Həlledici yürüşdə onun rəqibləri yarımfinalda üstələdiyi fransalı Sara Quyo (40,516), sloveniyalı Spela Ponomarenko Yaniç (40,797), eləcə də digər yarımfinal yürüşlərində yüksək nəticələr göstərmiş yeni zelandiyalı Liza Karrinqton (39,561), ispaniyalı Tereza Portela Rivas (40,241), qazaxıstanlı İnna Klinova (40,381), polşalı Marta Valçikeviç (40,619), isveçli Linnya Stensils (41,245) olacaq.

Qeyd edək ki, final yürüşü sabah saat 16:47-də olacaq.