Mariya finalda, Yuliya bürünc uğrunda güləşəcək

Mariya finalda, Yuliya bürünc uğrunda güləşəcək






XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Bu gün qadın güləşçilərimiz Mariya Stadnik (48) və Yuliya Ratkeviç mübarizəyə qoşulublar.

"Olimpnews.az" xəbər verir ki, kifayət qədər güclü idmançı olan Mariya Stadnik Rio-2016 Olimpiadasının finalına yüksələrək ən az gümüş medalı özünə təmin edib. Güləşçimiz həlledici qarşılaşmada yaponiyalı üçqat dünya çempionu Eri Tosaka ilə üz-üzə gələcək.

İdmançımız səkkizdəbir finalda argentinalı Patrisia Alexandra Bermudez ilə qarşılaşıb. Rəqibini təmiz qələbə ilə məğlub edən Stadnik dörddəbir finala adlayıb.

Polşa təmsilçisi İvona Matkovskaya qalib gələn güləşçimiz yarımfinala yüksəlib.
Mariya Stadnik yarımfinal mərhələsində bolqarıstanlı Elitsa Yankova üzərində təmiz qələbə qazanaraq (6:0) XXXI Yay Olimpiya Oyunlarının finalına yüksəlib.

Final qarşılaşması Bakı vaxtı ilə təxminən saat 00:30-da başlayacaq.

58 kq-da çəki dərəcəsində mübarizə aparan Yuliya Ratkeviç səkkizdəbir finalda Ukrayna təmsilçisi Oksana Herhelə qalib gəlib.

Dörddəbir finalda güləşçimiz Kolumbiya təmsilçisi Jaklin Ryenteriyadan da üstün olub.

Yuliya Ratkeviç yarımfinalda yaponiyalı Kaori İço ilə görüşdən məğlub ayrılıb. Təmsilçimiz bürünc medal uğrunda görüşə çıxacaq.

48 kq
1/8 final - Mariya Stadnik - Patrisia Bermudes (ARG) - 10:0 (48 san.)
1/4 final - Mariya Stadnik - İvona Matkovska (POL) - 10:0
1/2 final - Mariya Stadnik - Elitsa Yankova (BUL) - 6:0 (tuşe)
FİNAL - Mariya Stadnik - Eri Tosaka (JPN) - (saat 00:30)

58 kq
1/8 final - Yuliya Ratkeviç - Oksana Herhel (UKR) - 7:5
1/4 final - Yuliya Ratkeviç - Jaklin Kastilyo (COL) - 7:3
1/2 final - Yuliya Ratkeviç - Kaori İço (JPN) - 0:10

Bürünc medal görüşü - Yuliya Ratkeviç - (saat 00:50)