Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən kanoeçi Valentin Demyanenko final mərhələsində çıxış edib. Olimpnews.az saytının məlumatına görə, 33 yaşlı idmançı 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə finişə 39,493 saniyəyə çatıb.
Bununla da Demyanenko gümüş medal qazanıb. Bu, 4 qat dünya və Avropa çempionunun ilk olimpiya medalı olub.
Ukraynalı legionerin həmyerlisi Yuri Çeban finişə 39,279 saniyəyə çataraq, ardıcıl 2-ci dəfə olimpiya çempionu olub. O, həm də olimpiadalar tarixində ən yüksək nəticəni göstərib.
Bürünc medala isə 39,628 saniyə göstərici ilə braziliyalı İsakias Keyruş Dos Santos layiq görülüb.