Rio-2016: Kayakçımız 2-ci medal şansını əldən verdi

Rio-2016: Kayakçımız 2-ci medal şansını əldən verdi

Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən kayakçı İnna Osipenko-Radomskaya final mərhələsində çıxış edib.

Olimpnews.az saytının məlumatına görə, ilk cəhdində 1 nəfərlik kayak qayığı ilə (K-1) 200 metr məsafəyə yürüşdə bürünc medal qazanan İnna Osipenko-Radomskaya isə bu dəfə 500 metr məsafədə mükafatçılar sırasına düşməyə çalışıb. Lakin o, bunu bacarmayıb. Final mərhələsində Marina Litvinçuk (Belarus), Liza Karrinqton (Yeni Zelandiya), Danuta Kozak (Macarıstan), Emma Yorqensen (Danimarka), Fransiska Veber (Almaniya), Yu Ju (Çin) və Dalma Ruziçiç Benedek (Serbiya) ilə mübarizə aparan təmsilçimiz finiş xəttini sonuncu keçib.

1 dəqiqə, 56,573 saniyə nəticə göstərən Osipenko-Radomskaya çempion Kozakdan 4,079 saniyə geri qalıb. Gümüş medalı Yorqensen, bürüncü isə 200 m məsafəyə yürüşdə birinci olan Karrinqton qazanıb.