Kişi triatlonçular arasında mükafatçıların adına aydınlıq gəlib. Olimpnews.az saytının məlumatına görə, yarışda ölkəmizi Rostislav Pevtsov təmsil edib.
Braziliyada debüt edən 29 yaşlı idmançımız start xəttinə Bakı vaxtı ilə saat 18:00-da çıxıb. Üzgüçülük, velosiped idmanı və qaçışda qüvvəsini sınayan triatlonçuların yarışında 58 idmançı qüvvəsini sınayıb. Pevtsov yürüşü 1:52.06 saat nəticə ilə 39-cu sırada bitirib.
Qeyd edək ki, I Avropa Oyunlarının bürünc medalçısı olan Pevtsov Olimpiadada bu idman növündə iştirak edən ilk Azərbaycan atletidir.