Rio-2016: Harçeqani növbəti mərhələdə

Rio-2016: Harçeqani növbəti mərhələdə

XXXI Yay Olimpiya Oyunlarında taekvondo idman növündə mübarizə davam edir. Olimpnews.az saytının məlumatına görə, taekvondoçumuz Milad Beigi Harçeqani mübarziəyə başlayıb. 80 kq çəki dərəcəsində yer alan iranlı legionerin 1/16 final mərhələsində rəqibi Mali təmsilçisi İsmael Kulibali olub.

Bakı vaxtı ilə saat 17:15-də başlayan döyüş təmsilçimizin inamlı qələbəsi ilə yekunlaşıb - 13:5. Bununla da kişi yığmamız Rio-2016-da taekvondoda uğurla start götürüb.

Xatırladaq ki, əslən İrandan olan Harçeqani Bakı-2015 I Avropa Oyunlarında qalib olub.