Useyn Bolt 9-ci dəfə Olimpiya çempionu oldu

Useyn Bolt 9-ci dəfə Olimpiya çempionu oldu



Əfsanəvi sprinter Useyn Bolt karyerasında 9-ci dəfə Olimpiya çempionu olub.

Useyn Bolt Yamayka yığmasının heyətində 4x100 metr məsafəyə estafet qaçışı yarışlarında Olimpiya çempionu olub. Beləliklə, yamaykalı sprinter doqquzqat Olimpiya çempionu adını qazanıb.

Yarışda Yamayka yığması (Useyn Bolt, Asafa Pauel, Nikel Aşmid və Yoxan Bleyk) 37,27 saniyə nəticə ilə birinci, Yaponiya yığması ikinci (37,60), ABŞ yığması isə üçüncü yeri tutub (37,62).

Bundan əvvəl isə Useyn Bolt 2008-ci ildə Pekində və 2012-ci ildə Londonda keçirilən Olimpiadalarda 6 qızıl medal əldə edib.

Yamaykalı atlet Rio-2016 Yay Olimpiya Oyunlarında bundan əvvəl 200 metr və 100 metr məsafəyə qaçışda da Olimpiya çempionu adına layiq görülüb.