Bu gün 4 idmançımız medal uğrunda yarışacaq

Bu gün 4 idmançımız medal uğrunda yarışacaq



Rio-2016 Yay Olimpiya Oyunlarına sabah yekun vurulacaq.

Bu gün Azərbaycan yığmasının 4 üzvü medallar uğrunda mübarizə aparacaq.

"Olimpnews.az” xəbər verir ki, avqustun 20-də sərbəst güləşçilərimiz Şərif Şərifov (86 kq) və Cəmaləddin Məhəmmədov (125 kq), taekvondoçumuz Radik İsayev (+80 kq) və bədii gimnastımız Marina Durunda medullar uğrunda yarışacaqlar.

Sərbəst güləş
1/8 final

17:20 Şərif Şərifov (86 kq) – Şengfeng Bi (Çin)
17:45. Cəmaləddin Məhəmmədov (125 kq) - İvaylov Dlaqnev (ABŞ)

Taekvondo
1/8 final

19:45 Radik İsayev (+80 kq) – Ruslan Japarov (Qazaxıstan)

Bədii gimnastika
Çoxnövçülük

Final
22:20 Marina Durunda