Rio-2016: Növbəti bürünc medal Şərif Şərifovdan gəldi - FOTOLAR

Rio-2016: Növbəti bürünc medal Şərif Şərifovdan gəldi - FOTOLAR






Sərbəst güləşçimiz Şərif Şərifov Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarına bürünc medal qazanıb.

Yarışda 86 kq çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz ilk görüşündə Çin idmançısı Bi Şenqfenq ilə qarşılaşıb. Rəqibini məğlub edən Şərif Şərifov dörddəbir finala yüksəlib.

Güləşçimiz dörddəbir finalda Polşa idmançısı Zbiqnev Mateus Baranovskiyə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Şərif Şərifov yarımfinalda Rusiya idmançısı, ikiqat dünya çempionu Abdulrəşid Sadullayevə məğlub olub.

Güləşçimiz Şərif Şərifov bürünc medal uğrunda görüşdə Venesuela idmançısı Pedro Seballosu 5:1 hesabı ilə məğlubiyyətə uğradaraq Rio-2016-nın mükafatçıları sırasında yer alıb.