Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarının 16-cı, sonuncu günündə daha 4 idmançımız yarışacaq.
"Olimpnews.az" xəbər verir ki, avqustun 21-də Bakı vaxtı ilə saat 15:46 sərbəst güləşçimiz Xetaq Qazyumov (-97 kq), saat 15:54-də digər sərbəst güləşçimiz Toğrul Əsgərov (-65 kq) və saat 16:30-da atlet Evans Kiplaqat (marafon) medullar uğrunda mübarizəyə qoşulacaqlar.
Saat 22:00-da isə boksçumuz Lorenzo Sotomayor (-64 kq) qızıl medal qazanmaq üçün rinqə çıxacaq.
XXXI Yay Olimpiya Oyunlarına avqustun 21-də yekun vurulacaq.
Xatıqladaq ki, hazırda Azərbaycan Olimpiya yığmasının hesabında 15 (1 qızıl, 4 gümüş və 10 bürünc) medal var.