Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarının sonuncu günündə, avqustun 21-də 65 kq və 97 kq çəki dərəcələrində sərbəsr güləşçilər arasında qaliblər müəyyənləşib.
"Olimpiya dünyası" qəzetinin Rio-ya ezam olunmuş əməkdaşının məlumatına görə, Rio-2016-da ölkəmizi 65 kq-da təmsil edən London-2012 Olimpiadasının çempionu Toğrul Əsgərov finala qədər inamla irəliləyib. Lakin finalda Rusiya idmançısı Soslan Ramonova məğlub olaraq Rio Olimpiadasının gümüş medalını qazanıb.
Toğrul Əsgərov səkkizdəbir finalda ukraynalı Andrey Kvyatovsk üzərində 12:2 hesabı ilə təmiz qələbə qazanıb.
İdmançımız 1/4 finalda ABŞ idmançısı Frank Anyello Molinaronı 10:0 hesablı təmiz qələbə ilə məğlub edərək yarımfinala yüksəlib.
Yarımfinalda İtaliya güləşçisi Frank Çamizonu da məğlub edən Toğrul finala yüksəlib.
Finalda Rusiya idmançısı Soslan Ramonova uduzan güləşçimiz Rio Olimpiadasının gümüş medalına yiyələnib.
Murad Fərzəliyev,
Fotolar müəllifindir
Rio-de Janeyro
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir