Millimizin ilk rəqibi İspaniya yığmasıdı

Millimizin ilk rəqibi İspaniya yığmasıdı

Bu gün və sabah Andorrada 3x3 basketbol üzrə Avropa çempionatının seçmə mərhələsi keçiriləcək. Seçmə mərhələnin "A” qrupunda yer alan millimiz Andorra, İspaniya, İtaliya və Yunanıstan komandaları ilə yarışacaq.
"B” qrupunda isə Macarıstan, Estoniya, Latviya və Serbiya qarşılaşacaqlar.
Qrupların qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaqlar. Qruplarda ikinci, üçüncü yeri tutan komandalar daha iki vəsiqə uğrunda yarımfinalda üz-üzə gələcəklər.
Millimiz bu gün İspaniya, Yunanıstan, sabah isə Andorra və İtaliya yığmaları ilə qarşılaşacaq.