Millimiz İspaniya və İtaliya ilə bir qrupda mübarizə aparacaq

Millimiz İspaniya və İtaliya ilə bir qrupda mübarizə aparacaq

Rumıniyada iyunun 30-da 3x3 basketbol üzrə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində başl milli komandamız İspaniya və İtaliya basketbolçuları ilə birgə "B” qrupunda mübarizə aparacaq. "A” qrupunda Serbiya, Gürcüstan, Litva, "C” Rumıniya, Bosniya və Herseqovina, İsveç, "D” qrupunda isə Almaniya, Xorvatiya və İrlandiya yığmaları qarşılaşacaq.
Qalib komanda Avropa çempionatın finalına vəsiqə qazanacaq. Rumıniya yarımfınala yüksələrsə, seçmə mərhələdə beşinci olacaq komanda qitə birinciliyinə vəsiqəni təmin edəcək. Çünki Avropa birinciliyinin ev sahibi kimi Rumıniya final mərhələsində öz yerini təmin edib.