Keçmişə aid olanların məcmusundan aydın olur ki, tarixi bilmədən müasirliyi də bilmək olmaz. Müasirlik tarixlə qırılmaz surətdə bağlıdır. Kim bu və ya başqa şeyin, hər hansı bir hadisənin müasir vəziyyətini bilmək istəyirsə, keçmişə əl atmalı, onun tarixini öyrənməli, bilməli, bir sözlə onu hərəkətdə, inkişafda götürməli, keçmişindən başlayaraq müasir vəziyyətinə, indiki halına qədər tədqiq etməlidir. Obyektiv aləmin hadisələrinə hərəkətdə, inkişafda olan proses kimi baxmağı tələb edir. Hər hansı bir məsələni öyrənirsənsə onu daimi inkişaf prosesində götürməli, onun dinamikasını izləməlisən. Tarixi mütəfəkkirlərimimiz deyir: «Biz təkcə bir elm tanıyırıq – tarix elmi. Tarixə iki cəhətdən baxmaq olar: bir təbiətin tarixi, bir də insanların tarixi. Bu cəhətlər isə qırılmaz surətdə bir-birinə bağlıdır. İnsanlar qaldıqca təbiətin tarixi ilə insanların tarixi bir-birlərini qarşılıqlı surətdə şərtləndirəcəklər». Məlum həqiqətdir ki, hərəkətdə olan hər şeydə keçmişin qalıqları, indinin əsası, gələcəyin isə rüşeymləri olur. Klassik tərzdə formula olunmuş bu müdrik fikir bədən tərbiyəsi və idmana da məhz dialektik inkişaf nöqteyi-nəzərindən yanaşmağı, onun müasir vəziyyəti ilə yanaşı tarixini də bilməli, bu məsələdə müasirliklə tarixi, məntiqilik ilə tarixiliyi vəhdətdə birləşdirməyi tələb edir.
Azərbaycan xalqının fiziki mədəniyyət ta¬¬rixinin öyrənilməsi müəyyən elmi əhəmiy¬yə¬tə malik olduğu kimi, həm də çox maraqlıdır. M.Qorki bu məsələdən bəhs edərkən yazır: «İn¬¬san əməyinin və yaradıcılığının tarixi in¬sa¬nın öz tarixindən qat-qat maraqlıdır və əhə¬miy¬yətlidir, insan hələ yüz il belə ya¬şa-ma¬dan ölüb gedir, onun işi isə əsrlərlə yaşayır. El¬min əf¬sanəvi nailiyyətləri, onun sürətlə art¬ma¬sının sə¬bəbi məhz onunla izah edilir ki, alim öz ix¬ti¬ra¬sının inkişaf tarixini bilir».
XX əsr bəşər tarixində çox görkəmli yer tutur. XX əsrdə Azərbaycan xalqının həyatında çox böyük hadisələr baş vermişdir. Hər bir ölkə, hər bir xalq XX əsrdə nələr əldə etdiyini, nələr itirdiyini əsrin sonuna qədər yekunlaşdırmalıdır. Məlum həqiqətdir ki, əsrlər də bir-birini təkrar etmir. Nə yaxşı ki, bir-birinə bənzəməyən əsrlər görkəmli adamlar, igidlik nümunələri göstərənlərlə zəngin olmuşdur və bu zənginləşmə prosesi bu gün də davam etməkdədir.
Bu əsr Azərbaycan xalqı üçün sürətli bir inkişaf dövrüdür. Azərbaycan öz coğrafi, siyasi vəziyyətinə, öz təbii sərvətlərinə görə bir çox dövlətlərin daim maraq dairəsində olmuşdur. Xalqımızın ümummilli lideri Hey¬dər Əliyevin dediyi kimi, «Azərbaycan hələ tam oxunmamış kitabdır».
XX əsrdə Azərbaycan üç dəfə dövlət yarada bilmişdir. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti, 1920-1990-cı illərdə Azər¬bay¬can Sovet Sosialist Respublikası və nəhayət, 1988-ci ildə baş verən ha¬disələrin davamı olaraq 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa edə bildi.
Bəşər tarixində ümumxalqın bir arzusu olub. Azadlıq arzusu. Xalq üçün Azadlıqdan şirin, Azadlıqdan müqəddəs başqa bir arzu olmayıb. Xüsusilə də bütov bir xalqın, millətin Azadlıq arzusu… Elə bir arzu ki, bu ülvi arzu əsrlərin həsrətindən doğmuş ola…
Əsrlər boyu özünün dövlətçiliyi, müstəqilliyi olan xalqımızın son iki əsrdə iki arzusu olmuşdur. Bu arzulardan biri müstəqil dövlətçilik, digəri isə müstəmləkəçilər tərəfindən iki yerə parçalanmış Vətənimizin birləşdirilməsi olmuşdur. Son əsrdə – XX əsrdə tale iki dəfə xalqımıza öz müstəqilliyini bərpa etmək imkanı vermişdir.
XX əsr müstəmləkə əsarətinin acısını dadmış digər xalqlar kimi, Azərpbaycan xalqının da Azadlıq arzusunun çin olduğu, çiçək açdığı bir dövrə təsadüf edir. XX əsr məhz Azərbaycanın milli dövlətçiliyinin yenidən bərpa olunması dövrü kimi tarixin yaddaşında qalacaqdır. Çünki XX əsrdə xalqımız iki dəfə öz milli dövlətçiliyini bərpa etməyə və qurmağa nail olmuşdur. Birinci dəfə əsrin birinci rübündə "xalqlar həbsxanası” olan çar Rusiyasının bir əsrlik zülmündən azad olmuş və 1918-1920-ci illərdə öz dövlətçiliyini bərpa etmiş və Azərbaycan Demokratik Respublikasını yaratmışdır. Bu respublika az bir müddətdə bir sçıra beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən tanındı. Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycan Demokratik Respublikası istər siyasi, iqtisadi və istərsə mədəniyyət sahəsində də böyük işlər görməyə nail olmuşdur. Lakin xalqımızın bu azad və müstəqil həyatı uzun sürmədi…
Azərbaycan Demokratik Respublikasının bu nəhəng addımları tarixi düşmənlərimizi narahat edirdi. Ən böyük narahatçılıq törədən tarixi düşmənimiz – əvvəllər çar Rusiyası, sonralar isə Rusiya imperiyası oldu…
Hələ iki yaşı tamamlanmamış Azərbaycan Demokratik Respublikasının başının üstünü "şimalın qara buludu” yenidən aldı. Çar Rusiyasının imperiya siyasətini davam etdirən Rusiya Federasiyasının təpədən-dırnağa qədər silahlanmış 72 minlik işğalçı ordusu ölkəmizin şimal sərhədlərini pozaraq bir başa Bakıya hücüm etdi və bir neçə gündə ölkəmizin yenicə ətir saçan Azadlığını və Müstəqilliyini əlindən aldı… Azərbaycan işğal olunub Sovet imperiyasının tərkibinə qatıldı.
Xalqımızın bir müdrik kəlamında deyildiyi kimi "Su gələn arxdan bir də gələcək”. Nəhayət, 70 il sonra – XX əsrin son onilliyində Azadlıq xalqımızın üzünə yenidən güldü. 18 oktyabr 1991-ci ildə Sovet imperiyası dağıdıldı. Azadlıq sədaları yenidən eşidildi. Vətənimizdə Azərbaycan Respublikası adlı müstəqil dövlətçiliyimiz yenidən bərpa olundu. Lakin yeni dövlətimizin bərpası kəskin siyasi qarşıdurmalar əsasında baş verdi. Azərbaycan Respublikası bir tərəfdən daxili siyasi çəkişmələrə, digər tərəfdən isə tarixi düşmənlərimiz Ermənistanın təcavüzünə qarşı mübarizə aparırdı…
Azərbaycan torpaqlarının 20 faizi 27 ildir ki, erməni vandalizmı tərəfindən işğal olunmuşdur. 1991-1993-cü illərdə müstəqillik yollarında anarxiya, xaos, böyük qorxu, müsibətlər şəraitində yaşamalı olduq. Nəhayət, 1993-cü ilin iyununda ölkədə vətəndaş müharibəsi yarandı, qardaş qırğını təhlükəsi ilə qarşılaşdıq. Belə bir şəraitdə xalq ulu öndər Heydər Əliyevə müraciət etdi. Beləliklə də Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qaydışı ilə Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrü başlandı. Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi və müstəqilliyimiz xilas edildi. Şübhəsiz ki, doğma torpaqlarmızı düşməndən müdafiə edən¬¬lərin cərgəsində idmançılar çoxluq təşkil edirdi. Müharibə bütün sahələrdə ol¬du¬ğu kimi Azərbaycan idmanına da ağır zərbələr vurdu. Ölkənin yüzlərlə güclü, pe¬şəkar idmançısı, məşqçisi, idman mütəxəssisi Vətən uğrunda döyüşdü 47 idmançı torpaq uğrunda şəhid oldu. (Onlardan 5-i Milli Qəhrəman adına layiq görülmüşdür).
Müstəqil siyasət yeridən Azərbaycan Respublikası artıq dünyanın bütün beynəlxalq təşkilatları və dövlətləri tərəfindən tanınmışdır. Dünyanın onlarla ölkəsində Azərbaycan Respaublikasının səfirliyi və konsulluğu fəaliyyət göstərir. Həmiçinin dünyanın bir çox ölkələrinin səfirlikləri və konsulluqları Azərbaycan Respublikasında öz fəaliyyətini davam etdirir. Beynəlxalq aləmdə Azərbaycan Respublikası artıq öz yerini tutmuşdur. XX əsr Azərbaycan xalqı üçün sürətli bir inkişaf dövrüdür. Başda görkəmli siyasətçi və təcrübəli dövlət xadimi, ulu öndər Heydər Əliyev Azərbaycan xalqı və Azərbaycan Respublikası müstəqillik yolu ilə inamla addımlayır…
Müstəmləkəçilik və totalitar rejim xalqımızın yüz illər ərzində formalaşmış fiziki tərbiyə ənənələrinə ağır zərbə vurmuşdur. Hakim millətin hegemonluğu təmin etmək məqsədilə, başqa sahələrdə olduğu kimi, fiziki tərbiyə sahəsində də milli ayrı-seçkilik siyasəti yeridilmiş, Azərbaycan xalqının fiziki tərbiyə dirçəlişinin qarşısını almaq üçün mütərəqqi milli fiziki tərbiyə ənənələri imperiyanın fiziki tərbiyəsinin müti əlavəsinə çevrilmişdir. İmperiya fiziki tərbiyəsi bütövlükdə əsarət altına salınmış xalqların, o cümlədən Azərbaycanın ruslaşdırılmasına və beləliklə, müstəmləkə əsarətinin "əbədiləşdirilməsinə” xidmət etmişdir. Mərkəzdə xüsusi niyyətlə hazırlanmış fiziki tərbiyə sisteminin əsasında duran saxta beynəlmiləlçilik və xalqlar dostluğu prinsipləri bu işdə xüsusilə mənfi rol oynamış, əslində başqa xalqlar kimi, Azərbaycan xalqıni da milli zəmindən ayrı salmaq və ümumbəşəri dəyərlərdən məhrum etmək məqsədi daşımışdır. Əsrlər boyunca formalaşmış fiziki tərbiyə ənənələrinin aradan qaldırılmasına yönəlmiş imperiya fiziki tərbiyə, əslində xalq cəmiyyət arasındakı dialektik əlaqəni pozmuş, fiziki tərbiyəni humanist xarakterinə, demokratikliyinə, dini-mədəni əlaqələrinə mənfi təsir etmiş, xalqın dili və tarixi ənənələri sıxışdırılmış, milli dirçəliş yolunda ciddi maneəyə çevrilmişdir. Bununla da Azərbaycan xalqı ümumdünya fiziki tərbiyə proresesində, yaşadığı regionun bir çox xalqları ilə minillər boyunca formalaşmış tarixi-mədəni əlaqələrdən ayrı salınmışdır. Azərbaycanda fiziki mədəniyyət ən geridə qalmış müstəmləkə qanunları əsasında maliyyələşdirilmiş, onun maddi-texniki bazasının inkişafına əhəmiyyət verilməmişdir. Totalitar rejimlə birlikdə onun üçün səciyyəvi olan fiziki tərbiyəsi iflasa uğramışdır.
Respublikada fiziki tərbiyənin məzmununda milli xüsusiyyətlər kifayət qədər nəzərə alınmamış, bu işin elmi-pedaqoji strategiyası müasir səviyyədə işlənilməmişdir.
Fiziki tərbiyənin məzmununu müəyyən edən elmi-pedaqoji prinsiplər hazırlanmadığından bəsit məlumatla əsaslı elmi informasiyaların qarışdırılması adi hala çevrilmiş, fiziki tərbiyənin təşkili və idarə edilməsində inzibati amirlik metodlarına üstünlük verilmişdir.
Fiziki mədəniyyətin düzgün, elmi əsaslar üzərində qurulması bu mühüm ictimai fəaliyyət sahəsində yeni forma və metodlar tədbiq edilməsi, səmərəli elmi-pedaqoji, metodiki axtarışlar aparılması, son nəticədə gənc nəslin sağlam, gümrah, fiziki cəhətdən möhkəm böyüməsi cəmiyyətimizin gələcək inkişafını tə’min etmək, ölkənin müdafiə qüdrətinin daha da möhkəmləndirmək deməkdir.
Keçmiş SSRİ dövründə Azərbaycanın bədən tərbiyəsi və idman həyatını yalnız məyusluq mənbəyi adlandırmaq əda¬lət¬siz¬lik olardı. Xüsusilə, 70-80-ci illərdə respublikada bu sahənin əhə¬miyyətli maddi-texniki bazası yaradılıb. İmperiya meyarları mil¬li komanda və idmançılarımızın beynəlxalq imicinin for-ma¬laş¬ma¬sı prosesini iflic etsə də kütləvi bədən tərbiyəsi sahəsində mü¬əy¬yən irəliləyişlər şəksizdir. Bu heç də böyük əzmi, iradəsi, fitri is¬te¬da¬dı ilə bütün baryerləri aşaraq, dünya idmanı tarixinə parlaq sə¬hi¬fə¬lər yazan idmançılarımızın uğurlarının əhəmiyyətini azaltmır. Ötən onilliklərdə dövlətimiz bu sahəyə əsaslı vəsait yönəltmişdir. Hər rayonun, şəhərin, qəsəbənin, kəndin, məhəllənin, məktəbin, mü¬əssisənin idman qurğularının mövcudluğu, onların bu gün də əsas idman bazası funksiyasını yerinə yetirməsi faktdır. Belə ki, sta¬tistik məlumatlara əsasən, hazırda respublikamızda 670-dən çox idman qur¬ğusu və bədən tərbiyəsi sağlamlıq mərkəzi fəaliyyət göstərir.
Respublikada kütləvi bədən tərbiyəsi hərəkatı ümumxalq bədən tərbiyəsi hərəkatına aparan geniş yola çıxmışdır. Bu yolun mühüm mərhələsi, ləğv olunan idrak cəmiyyətləri və təşkilatları ittifaqı əvəzinə, 1968-ci ildə Azərbaycan SSRİ Nazirlər Soveti yanında Respublika Bədən Tərbiyəsi və İdman Komitəsinin yaradılması olmuşdur.
Nazirlər Sovetinin 28 noyabr 1969-cu il tarixli nümunəvi nizamnaməsi respublikanın rayonlarında bədən tərbiyəsi və idmanın inkişafına yeni impuls verdi. Həmin nizamnamədə deyilir: gənclərin mədəni-məişət şəraitini yaxşılaşadırmaq üçün təşkilatlar tədbirlər görür, onların sağlamlığının möhkəmləndirilməsi və fiziki tərbiyəsinin gündəlik qayğısına qalır. Bu məqsədlə təşkilatlar: klub, kitabxana və digər mədəni-maarif müəssisələri və idman qurğuları tikir və onları təchiz edir; bədən tərbiyəsi və idmanın inkişafına yardım göstərir, uşaq bağçaları və körpələr evləri yaradır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdır. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdır. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü.
Müstəqillik illərində Azərbaycanda bədən tərbiyəsi və idman daha böyük inkişafa çatıbdır. Ümumiyyətlə, dünya miqyasında idmançılarımız silinməz iz qoyub .
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etdiyi milli istiqlal yoluna qədəm qoyduğu bir dövrdə fiziki tərbiyəsinin yeniləşməsi mühüm vəzifələrdən biri kimi qarşıda durur. Müasir şəraitdə ölkədəki çətinliklərə baxmayaraq bir an belə fiziki fərbiyə ilə əlaqədar məsələləri arxa plana çəkmək olmaz. İnkaredilməz həqiqətdir ki, fiziki tərbiyəyə laqeydlik nəticə etibarilə gənc nəslin sağlamlığına, mənəviyyatına böyük ziyan vura bilər.
Beləliklə, ötən tarixi dövr ərzində bədən tərbiyəsi və idman sahəsində bir sıra uğurlar qazanılmasına baxmayaraq, ölkədə müsətəqilliyimizin əvvəllərində -1991-1993-cü illərdə bədən tərbiyəsi və idman qənaətbəxş olmamışdır.
Ümumiyyətlə, XX əsrdə Azərbaycan idmanına göstərilən diqqət və qayğı, respublikamızda idmanın geniş vüsətlə inkişafı - Azərbaycanın dahi lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycanda Olimpiya hərəkatı Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra formalaşıb və inkişaf etməyə başlayıb. Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə özündə yeni keyfiyyət dəyişikliklərini əxz edən Azərbaycanın Olimpiya hərəkatı tezliklə sürətli inkişaf mərhələsinə qədəm qoydu. 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə İlham Əliyev kimi yüksək idarəçilik və təşkilatçılıq keyfiyyətləri olan bir şəxsin seçilməsi idman və gənclər siyasəti sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açaraq ölkə idmanında intibaha səbəb oldu.
Respublikamızda kütləvi bədən tərbiyəsi və idmanın ınkişafı, sağlam həyat tərzinin formalaşması habelə, bütün idman növləri üzrə müstəqilliyimiz dövründə qazanılmış medalların sayının ilbəil artması xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının bədən tərbiyəsi və idmana göstərdiyi diqqət və qayğının nəticəsidir.