Lebron Ceyms 16 illik karyerasında ilk dəfə

Lebron Ceyms 16 illik karyerasında ilk dəfə


NBA-nın titullu idmançısı, "Leykers” klubunun oyunçusu karyerasında ilk dəfə böyük məğlubiyyətə uğrayıb.
Onun təmsil olunduğu klub səfər matçında "İndiana” komandasına 94:136 hesabı ilə uduzub. 42 fərqlə məğlubiyyət basketbol əfsanəsinin 16 illik idman karyerasında ilk dəfədir baş verir.
Məğlubiyyətdən kefi pozulan Lebron Ceyms matçın 4-cü hissəsində oyunçular skamyasında hamıdan aralı oturaraq fikrə dalıb.
Bununla "Leykers” geriləyərək qərb konferensiyasında 10-cu pillədə qərarlaşıb.