NBA ulduzları püşkatma üçün Çinə yollanırlar

NBA ulduzları püşkatma üçün Çinə yollanırlar


5 qat NBA çempionu Kobi Brayant basketbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak edəcək. Bundan başqa həmin tədbirdə basketbol ulduzu Yao Minin də iştirakı gözlənilir. Mərasim martın 16-da Şençjendə təşki olunacaq.
Qeyd edək ki, builiki dünya çempionatı avqustun 31-dən sentyabrın 15-nə qədər Çində keçiriləcək. Bu yarışda fərqlənən komandalar Olimpiya oyunlarına vəsiqə əldə edəcəklər.