Əfsanəvi basketbolçu öz mükafatlarını hərraca çıxardı
19:00 26.02.2019
20074
Əfsanəvi NBA basketbolçusu Kərim Abdul-Cabbar karyerası ərzində əldə etdiyi mükafatların bir hissəsini hərraca çıxaracaq. Xeyriyyə məqsədilə keçiriləcək hərracda ən bahalı hədiyyələr də yer alacaq. Bu barədə basketbolçu deyib: «Bu cür bahalı hədiyyələr evimdə toz altında yatırsa, dünyada yüzlərlə uşaq aclıqdan əziyyət çəkirsə, onda bu həyat deyil. Çalışıb gələcəyimiz olan uşaqlara dəstək olmalıyıq. »