Basketbol məşqçiləri üçün ustad dərsləri

Basketbol məşqçiləri üçün ustad dərsləri


Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) basketbol üzrə məşqçilər üçün ustad dərsləri keçirilib. Ustad dərsləri ADBTİA-nın yeni təmir olunmuş basketbol zalında təşkil olunub. Məşqçilərə ustad dərslərini İngiltərənin Lids Universitetinin basketbol kafedrasının müdiri Metyu Niyubi keçib. Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə həyata keçirilən tədbirdə yığma komandanın üzvü Samit Nuruzadə də iştirak edib. Ustad dərslərində məşqçilərə taktiki hazırlıq nümunələri göstərilib və onların sualları cavablandırılıb.