“Atlanta” cərimələndi

“Atlanta” cərimələndi

Milli Basketbol Assosasiyası (MBA) "Atlanta Houks” klubunu cərimələyib. Bu klub MBA-nın reqlamentinə əməl etmədiyinə görə cəzaya məruz qalıb. Belə ki, "Atlanta” başqa komandalarda çıxış edən iki basketbolçunu öz heyətinə cəlb edəcəyi barədə məlumat yayıb. Bunlar Kris Pol ("Klippers”) və Duayt Xovarddır ("Leykers”). Hər iki basketbolçunun öz komandaları ilə müqaviləsi yalnız iyulun 1-də başa çatır. "Atlanta” isə adları çəkilən oyunçularla müqavilə bağlayacağını əvvəlcədən elan edib. Bu isə, MBA-nın reqlamentinə ziddir. Qaydalara görə, müqaviləsi başa çatmayan basketbolçunu digər komandaya dəvət etmək olmaz. Məhz buna görə də, "Atlanta Houks”, "Leykers” və "Klippers” cəzaya məruz qalıblar.