Ulduz idmançı narkotikə görə saxlanıldı

Ulduz idmançı narkotikə görə saxlanıldı


Milli Basketbol Liqasının (NBA) "Brooklyn Nets" klubunun oyunçusu Anjelo Rassel Nyu-York hava limanında təyyarəyə narkotik maddələri keçirtməyə cəhd edərkən saxlanılıb.
Bu barədə "Fox telekanalı" bildirib.
Polis əməkdaşları idmançının əşyaları arasındakı çay qutusunda gizli aparılan marixuana aşkarlayıblar.
"Brooklyn Nets"in mətbuat xidmətindən bildirilib ki, klub rəhbərliyinə artıq bu barədə məlumat verilib.
İdmançı özü isə bu faktı şərh etməkdən imtina edib.
Daha əvvəl NBA-da pley-off mərhələsinə vəsiqə qazanan bütün komandalar bəlli olub.