Qalib 20 min dollar qazanacaq

Qalib 20 min dollar qazanacaq

İyunun 29-da "Baku Crystal Hall” meydanında Azərbaycan, ilk dəfə olaraq, nadir idman tədbirində - "Təkbətək” basketbol turnirində iştirak edəcək. Bu turnirdə meydanda yalnız iki rəqib yarışacaq. Azərbaycanda keçirilən "Red Bull King of the Rock 2013” milli turnirinin qalibi sentyabrın 28-də San-Fransiskoda keçiriləcək final turnirində ölkəmizi təmsil edəcək. "Red Bull King of the Rock 2013” - küçə basketbolu arzu edən hər bir kəsə Alkatras adasında dünyanın ən məşhur həbsxanasının həyətində oynamaq hüququ verən ilk turnirdir. Artıq dördüncü ildir ki, "King of the Rock” - "Qaya kralı” (Alkatras həbsxanasını belə adlandırırlar) müəyyənləşdirilir. Çempionatın qalibi təkcə titul deyil, həm də 20 min dollar mükafat alacaq.Beynəlxalq finalda dünyanın 24 ölkəsinin - Azərbaycan, Avstriya, Bəhreyn, Braziliya, Çexiya, Misir, Gürcüstan, İtaliya, Yaponiya, İordaniya, Küveyt, Livan, Filippin, Qətər, Rusiya, Serbiya, İspaniya, Tayvan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna və ABŞ-ın digər ölkələrin nümayəndələri iştirak edəcəklər. Bu ölkələr əsas finalın 64 basketbolçusundan ibarət heyət təşkil edəcəklər.
Seçmə turnirlər vasitəsilə hər ölkədən bir finalçı müəyyənləşdirilir. Finalın qalan iştirakçıları yarışın tarixi vətənini - ABŞ-ı təmsil edəcəklər.
Bu yarışın təşəbbüsçüsü Milli Basketbol Assosiasiyasının ulduzu və "Boston Seltiks” komandasının müdafiəçisi Recon Rondodur. Əvvəlki illərdə olduğu kimi, o, finalçıları dəstəkləmək və gələcək "Qaya kralını” şəxsən təbrik etmək üçün mütləq Alkatrasa gedəcək.
Məlumat üçün deyək ki son iki ildə bu yarışda qalib Vaşinqtondan olan Beybi Şakdır (Kolumbiya dairəsi). Bu il "tac”ın ABŞ-ın paytaxtında qalıb-qalmayacağı, yaxud başqa bir şəhərdən və ya ölkədən olan rəqibin qalib gələrək taca yiyələnəcəyi 2013-cü il sentyabrın 28-də məlum olacaq. Layihəni Azərbaycan Gənclər və İdman Nazirliyi dəstəkləyir.