Azərbaycan karateçiləri Xorvatiyanın Umaq şəhərində keçirilən Dünya Karate Federasiyasının (WKF) Gənclər Liqası turnirində daha bir medal qazanıblar.
12-18 yaşlı uşaq, yeniyetmə və gənc karateçilərin qatıldıqları turnirdə Sultan Hüseynov (16-17 yaşlı gənclər, 55 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Bununla da Gənclər Liqasında idmançılarımızın mükafatlarının sayı ikiyə çatıb. Belə ki, 14-15 yaşlı yeniyetmələrin yarışında Ramil Baxşəliyev (52 kq) də eyni nəticəni göstərmişdi