İyulun 26-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən qızlar arasında basketbol üzrə yarımfinal görüşlərinə star verilib. Finala vəsiqə uğrunda ilk yarımfinal qarşılaşmasında Rusiya və Macarıstan basketbolçuları üz-üzə gəliblər. Gərgin mübarizə şəraitində keçən görüşdə macarıstanlı basketbolçular yekunda 67:64 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıblar.
İkinci finalçının adı isə Çexiya və Fransa komandalarının oyunundan sonra müəyyənləşəcək.
Qeyd edək ki, basketbol üzrə final görüşləri iyulun 27-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək.
Macarıstanlı basketbolçular Bakı-2019-un finalına vəsiqə qazanıblar - VİDEO
![Macarıstanlı basketbolçular Bakı-2019-un finalına vəsiqə qazanıblar - VİDEO](https://olimpnews.az/uploads/olimp/2019-07-26-16-06-23IMG-20190726-WA0000.jpg)