Ukraynalı basketbolçusu Sergey Myasoyedov velosipeddən yıxıldıqdan sonra koma vəziyyətinə düşüb. Bu barədə Ukrayna Basketbol Federasiyası məlumat verib.
Bədbəxt hadisə nəticəsində ağır xəsarət alan idmançı, dərhal Zaporozhya şəhər xəstəxanasına müraciət edib. Basketbolçu orada şüurunu itirərərk, komaya düşüb. Həkimlər S.Myasoyedova daxilibeyin hematoma diaqnozu təyin ediblər. Sergey Myasoyedov əməliyyat edilib və hazırda vəziyyəti çox ağır kimi qiymətləndirilir.