“Leykers” “Qara Mamba”nı unutmur

“Leykers” “Qara Mamba”nı unutmur

NBA-nın pley-off mərhələsinin birinci turunda  “Leykers” komandası “Portlend” üzərində qələbə qazanacağı təqdirdə,  pley-offun sonuna qədər klubun əfsanə oyunçusu Kobi Brayantın xatirəsinə həsr olunmuş “Qara Mamba” seriyasının yeni formasının istifadəsi mümkün olacaq.
Komandanın bölgə və klubun tarixi ilə əlaqəsini simvollaşdıran dəstin dizaynı 2017-ci ildə Kobi Brayant ilə birlikdə hazırlanıb. Forma ilan dərisini xatırladan qara rəngdə tərtib olunub. Qeyd edək ki, “Qara Mamba” mərhum basketbolçu K.Brayantın ləqəbidir.
Xatırladaq ki, Kobi Brayant və onun qızı Cinna yanvarın 26-da Kaliforniyanın Kalabasas şəhərində helikopterin qəzaya düşməsi nəticəsindəhəlak olub. Helikopterin göyərtəsində olan doqquz şəxs dünyasını dəyişib.