“Leykers”in hücumçusu Lebron Ceyms “Portlend” komandası ilə qarşılaşmadan (116:108) sonra Liqa tarixində pley-off çərçivəsində qazandığı qələbə sayına görə ikinci yerə çıxıb. Hazırda 35 yaşlı basketbolçunun hesabında 158 qələbəsi var. Bu isə “Spers” klubunun keçmiş mərkəz oyunçusu Tim Dankandan bir pillə artıqdır.
Qeyd edək ki, “Leykers”in keçmiş lideri Derek Fişerin hesabına çatmaq üçün C.Lebrona üç qələbə lazımdır.