Keçmiş NBA ulduzu həbsxənada vəfat edib

Keçmiş NBA ulduzu həbsxənada vəfat edib

1980-ci illərin Milli Basketbol Assosiyasiyasının (NBA) ulduzu amerikalı Eddi Conson Florida həbsxanalarının birində ömürlük cəza çəkən zaman dünyasını dəyişib. Məlumata görə, 65 yaşlı keçmiş basketbolçu oktyabrın 26-da vəfat etsə də, cəza çəkmə məntəqəsinin administrasiyası bunu elan etməyib. E.Conson xəstəlik səbəbi ilə vəfat edib.
Qeyd edək ki, Eddi Conson 2008-ci ildə səkkiz yaşlı qız uşağının zorlanmasında günahlandırılmışdı. Elə həmin il də onu təqsiri sübut olunaraq, ömürlük həbs cəzasına məhkum olundu.
 E.Conson NBA-da çıxışları ilə tanınır. O, 1980-ci və 1981-ci illərdə liqanın bütün ulduzlarının oyunlarında iştirak edib. Lakin 1987-ci ildə nizam-intizam qaydaları və narkotik maddənin istifadəsi ilə bağlı yaşadığı problemlər səbəbi ilə ona  NBA-da çıxış etmək qadağası qoyuldu. Keçmiş basketbolçu həmçinin Amerika qanuvericiliyi ilə də dəfələrlə problemlər yaşayıb. O, müxtəlif səbəblərdən 100 dəfədən çox saxlanılıb. Eddi Consonun saxlanılma səbəbləri arasında narkotiklərin saxlanması və polis məmuruna hücum maddəsi də var.