Əfsanəvi basketbolçu ölümündən sonra şöhrət zalına daxil ediləcək

Əfsanəvi basketbolçu ölümündən sonra şöhrət zalına daxil ediləcək

Basketbol şöhrət zalına yeni üzvlərin daxil edilmə mərasimi 2021-ci ilin may ayında keçiriləcək. NBA saytının verdiyi xəbərə görə, əfsanəvi

basketbolçu Kobi Brayant ölümündən sonra şöhrət zalına daxil ediləcək. Əvvəlcə mərasim 2020-ci ilin avqust ayında keçirilməsi planlaşdırılmışdı. Lakin koronavirusun pandemiyası səbəbindən tədbir təxirə salınıb.

Xatırladaq ki, 2020-ci il yanvarın 26-da Kobi Brayant, 13 yaşlı qızı Cianna və daha yeddi nəfər Kaliforniyadakı helikopter qəzası nəticəsində həlak olub. Məlumata görə, buna səbəb pilotun əlverişsiz hava şəraiti səbəbindən idarəetməni itirməsi olub.