Basketbolçunun sevgilisi özünə qəsd edib

Basketbolçunun sevgilisi özünə qəsd edib


"Nyu-Orlean Pelikans” klubunun (Milli Basketbol Assosiasiyası) hücümçusu Rayan Andersonun sevgilisi özünə qəsd edib. Cia Allemand adlı 29 yaşlı qız basketbolçu tərəfindən xəstəxanaya çatdırılıb. 3 gün həkimlərin nəzarətində qalan Cianın həyatının xilas etmək mümkün olmayıb. "Cia, sözün əsl mənasında, ən yaxşılardan biri idi. O, ətrafda olanların hər birinin sevimlisinə çevrilmişdi. Belə bir insanın özünə qəsd etməsinə heç çür inana bilmirəm. Qəsdin nə səbəbdən həyata keçirildiyi mənə məlum deyil”,- deyə Anderson polisə verdiyi izahatda bildirib. Bu hadisə ilə bağlı araşdırmalar aparılır.