Azərbaycan növbəti dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

Azərbaycan növbəti dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

Beynəlxalq Atıcılıq Federasiyası (İSSF) 2021-ci ilin yarışlarının təqvimini təsdiqləyib. Azərbaycan növbəti dəfə Dünya Kubokuna ev sahibliyi edəcək. Bakıda güllə və stend atıcılığı üzrə mərhələ yarışı təşkil olunacaq. Turnir iyunun 21-dən iyulun 2-dək keçiriləcək.