Liqanın daha 11 idmançısı COVİD-19-a yoluxub

Liqanın daha 11 idmançısı COVİD-19-a yoluxub

NBA liqasının daha 11 basketbolçusunun koronavirus testi müsbət çıxıb. Bu barədə liqanın rəsmi saytı məlumat verib. Bildirək ki, idmançılardan analizlər yanvarın 13-dən etibarən götürülüb. Ümumilikdə 502 basketbolçu COVİD-19 testi verib. İnfeksiyaya yoluxanlar, eləcə də, xəstə şəxslər ilə ünsiyyətdə olanlar karantinə yerləşdirilib.

Qeyd edək ki, bir həftə əvvəl NBA 16 idmançının infeksiyaya yoluxduğu barədə məlumat vermişdi.