Lebron Ceyms kobud hərəkəti ilə diqqət çəkib

Lebron Ceyms kobud hərəkəti ilə diqqət çəkib

“Los Anceles Leyker” klubunun ulduz basketbolçusu Lebron Ceyms NBA-nın müntəzəm çempionatında “Filadelfiya Siksers” komandası ilə qarşılaşmada qeyri-idman folu (topla oyun olmadan kobud hərəkət) alıb. Buna səbəb onun mərkəzdə Coel Embiideyə qarşı kobud oyunu olub.

Belə ki, Lebron Ceyms C.Embiidini havada olduğu zaman iki əli ilə itələyib. Kürəyi üstə möhkəm yerə dəyən basketbolçu oyunu davam etdirə bilməyib. L.Ceyms isə birinci dərəcəli qeyri-idman folu alıb. Bildirək ki, bu, L.Ceymsin 2014-cü ildən ilk qeyri-idman foludur.

Qeyd edək ki, qarşılaşma “Siksers”in 107:106 hesabılı qələbəsi ilə başa çatıb.