Basketbolçularımız beynəlxalq turnirdə çıxış ediblər

Basketbolçularımız beynəlxalq turnirdə çıxış ediblər

Bolqarıstanın Primorsko şəhərində yeniyetmələr arasında basketbol üzrə VII beynəlxalq turnir keçirilib. Turnirdə Makedoniya, Türkiyə, Gürcüstan, Ukrayna, Estoniya, Türkmənistan, Rumıniya və bir çox ölkələri təmsil edən 28 komanda mübarizə aparıb. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş "Makkabi” komandası da bu turnirdə iştirak edib. Olduqca güclü komandaların iştirak etdiyi turnirdə komandamız uğurla çıxış edərək turnirin bürünc medalını qazanıb.