Kikboksçu Coel Kauski Ekvadorda keçirilən yarışda nakaut nəticəsində faciəvi şəkildə dünyasını dəyişib. Kikboksçunun dəbilqədə mübarizə aparmasına baxmayaraq, rəqibin ayağı ilə onun başına endirdiyi zərbə ölümcül olub. Məlumata görə, rinqdə tibb işçilərinin olmadığından idmançı təcili xəstəxanaya çatdırılıb. Bildirilib ki, zərbə nəticəsində 25 yaşlı Coelin beyninə qan sızma baş verib. O, əməliyyat olunsa da, həkimlər idmançının həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, ötən həftə C.Kauaski milli seçmə çempionatında və Sakit Okean Kubokunda iştirak edib.