Bu il Bakıda keçirilməsi planlaşdırılan güllə və stend atılıcılığı üzrə Dünya Kuboku ləğv edilib. Bu barədə Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (ISSF) məlumat yayıb. Səbəb kimi Azərbaycandakı koronavirus pandemiyası ilə əlaqədar vəziyyət və ölkə ərazisində yoluxmuş insanların sayının artması göstərilib. Bunlar nəzərə alınaraq, yarışın Bakıda təşkili uyğunsuz və təhlükəli hesab edilib. ISSF qərardan məyusluğunu bildirib: "Amma başqa həll yolu yox idi. Çünki iştirakçıların sağlamlığı hamımız üçün prioritetdir".
Qeyd edək ki, Dünya Kuboku 21 iyun - 2 iyulda nəzərdə tutulmuşdu.