“Qəbələ” idman klubunun kikboksçusu Pərviz Abdullayev (77 kq) növbəti döyüşünü keçirəcək. İdmançımız iyunun 26-da İstanbulda təşkil olunacaq “Akın döyüş arenası” çərçivəsində qüvvəsini sınayacaq.
P.Abdullayev Braziliya idmançısı Gilyerme Rodriqo Ferreyra ilə üz-üzə gələcək. Qarşılaşma “Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə baş tutacaq. Bu, kikboksçumuzun peşəkarlar arasında 56-cı döyüşü olacaq. O, bunadək keçirdiyi 55 qarşılaşmanın 49-da (26-sı nokautla) qələbə qazanıb.
 
             
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
         
                         
                         
                         
                         
                         
                         
                         
                        


 
                        jpeg-1761331217.jpeg) 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        