Basketbolçularımız seçmə mərhələdə mübarizəni dayandırdı

Basketbolçularımız seçmə mərhələdə mübarizəni dayandırdı

İyunun 25-26-da İsrailin Təl-Əviv şəhərində 3x3 basketbol üzrə Avropa çempionatının seçmə mərhələsi keçirilib. Seçmə mərhələdə kişilərdən ibarət yığma komandamız qüvvəsini sınayıb. Anar Haciyev, Cəbrayıl Əkbərov, Endər Poladxanlı, Polad Həsənovdan ibarət millimiz turnirdə mübarizəni erkən dayandırıb. Yarışın ilk günündə komandamız Belçika millisinə -8:19. Növbəti görüşdə Andoranı darmadağın edən (22-5) basketbolçularımız 1/4 finala vəsiqə qazanmaq üçün qrup mərhələsinin 3-cü oyununda Almaniya komandası ilə qarşılaşıb. Hava şəraitinə görə görüş təxirə salınaraq qapalı məkanda keçirilib. Qarşılaşma bərabər səviyyədə başlasa da oyunun sonlarına yaxın təşəbbüsü ələ alan Almaniya komandası millimizə qalib gəlib -14:21. Bununla da komandamız qrupa 3-cü yeri tutaraq Parisdə keçiriləcək Avropa çempionatının finalına çıxmaq şansını itirib.