“Qəbələ” idman klubunun kikboksçusu Pərviz Abdullayev (77 kq) növbəti döyüşünü keçirib. İdmançımız iyunun 26-da İstanbulda təşkil olunan “Akın döyüş arenası” çərçivəsində qüvvəsini sınayıb. “Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə keçirilən döyüşdə Braziliya idmançısı Gilyerme Rodriqo Ferreyra ilə üz-üzə gələn “kobra” ləqəbli idmançımız döyüşü qələbə ilə başa vurub. İdmançımız qələbədən sonra çıxışında zəfərini Vətən müharibəsinin şəhidlərinə həsr etdiyini bildirib.
Qeyd edək ki, bu, kikboksçumuzun peşəkarlar arasında 56-cı döyüşü olub. O, bunadək keçirdiyi 55 qarşılaşmanın 49-da (26-sı nokautla) qələbə qazanıb.